Dünən Topaz Premyer Liqada ikinci dövrəyə start verilib.
Mia.az xəbər verir ki, ilk olaraq meydana "Neftçi" və
"Rəvan" klubları çıxıb. Şahin Diniyevin "Rəvan"dakı debütü uğursuz olub. Baxmayaraq
ki, «Neftçinin qonağı olan Diniyevin komandası oyunda hesabı ilk açan tərəf də olub. 8-ci dəqiqədə Xuan Manuel Varea «Rəvan»ı önə keçirib. Komandalar fasiləyə bu hesabla yollanıblar. İkinci hissədə isə paytaxt klubunun ard-arda hücumları öz bəhrəsini verib. 65-ci dəqiqədə Denis Silva hesabda tarazlığı bərpa edib. 79-da isə Bahadır Nəsimov qələbə topunu vurub – 2:1.
Günün digər oyununda isə
"Simurq"
"Xəzər Lənkəran"ı qəbul edib. Bu oyunda hesab
6-cı dəqiqədə açılıb.
Nicat Qurbanov "Simurq”un qoluna imza atıb.
Toşakın yetirmələri də bu qolun əvəzini ikinci hissədə artıqlaması
ilə çıxa biliblər. 53-ci dəqiqədə Ağabala Ramazanov bərabərlik topunu vurub.
64-cu dəqiqədə isə Manuel Skarlatake cənub klubunun qələbə qoluna imza atıb
– 1:2.
Günün son oyunu "Qəbələ"
ilə "İnter"
arasında baş tutub.
Oyun «Qəbələ»nin
qalibiyyəti ilə başa çatıb - 1:0
Bu gün isə aşağıdakı komandalar qarşılaşacaqlar:
16:00. Sumqayıt – Qarabağ
16:00. Bakı – AZAL