Bakı şəhərinin Yasamal rayonunda qəbiristanlıq ərazisində baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mia.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda qəbiristanlıq ərazisində quru ot və kol-kos yanması barədə məlumat daxil olub.
Mia.az FHN-ə istinadla bildirir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri aparılır.Əlavə məlumat veriləcək.