«Çelsi»nin rus əsilli milyarder sahibi Roman Abramoviç tətil üçün gəldiyi Türkiyənin məşhur istirahət şəhərlərindən Bodrumdan qaçmaq məcburiyyətində qalıb.
Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bodrum küçələrində sıx-sıx dolaşan milyrder burada insanların sonsuz marağından bezib: «O, Bodrumda kafedə bir simit alıb, çayını içənə qədər 100-ə yaxın türk onunla təmas qurmaq istədi. Küçələri bol-bol dolaşmaq istəyəni büruzə verən, ancaq gərəyindən artıq ilgidən Abromoviç, nəhayət, bezdi və çarəni dünən günorta saatlarında Türkiyəni tərk edərək, Yunanıstana keçmək də gördü».