Türkiyə Superliqasında VII tura yekun vurulub. Son oyun günündə daha 5 qarşılaşma baş tutub.
"Kasımpaşa" öz meydanında "Elazığspor"u darmadağın edib - 4:0.
"Antalyaspor" səfərdə "Rizespor"dan üstün olub - 2:1.
"Akhisar" doğma meydanda "Qalatasaray"a qalib gəlib - 2:1.
"Sivaspor" - "Gənclərbirliyi" matçında meydan sahibləri qələbəni qeyd ediblər - 2:0.
Qeyd edək ki, bu mövsüm "Qalatasaray" Superliqada uduzmayan yeganə komanda idi.
Günün maraqla gözlənilən "Fənərbaxça" - "Trabzonspor" matçında isə qapılara qol vurulmayıb.
Nəticə və qollar:
Qollar: Donk, 14 (1:0), 32 (2:0), Basdas, 45 (3:0), Skarione, 90 (4:0)
"Risezespor" - "Antalyaspor" - 1:2
Qollar: Diarra, 45 (0:1), Köse, 59 (1:1), Baroş, 88 (1:2)
"Akhisar" -"Qalatasaray" - 2:1
Qollar: Niasse, 34 (1:0), 57 (2:0), Droqba, 68 (2:1)
"Sivasspor" - "Gənclərbirliyi" - 2:0
Qollar: Karabulut, 32 (1:0), Cebbour, 88 (2:0)
"Fənərbaxça" - "Trabzonspor" - 0:0