Gürcüstanın Bolnisi rayonunun 5 kəndində tətbiq olunan ciddi karantin rejimi ləğv olunub.
“Report”un yerli bürosu xəbər verir ki, Kvemo Bolnisi (Kəpənəkçi), Bolnisi, Zemo Bolnisi, Samtsveri və Poladauri kəndlərinin girişlərində quraşdırılan nəzarət-buraxılış məntəqələri yığışıdırılıb.
Kəndlərə giriş-çıxış tam bərpa olunub.
Qeyd edək ki, bu kəndlər koronavirusun yüksək yayılması riski ilə bağlı olaraq aprelin 1-dən tam təcrid olunmuşdu.
Son iki gündə Bolnisidə COVID-19-a yeni yoluxma halı qeydə alınmayıb.