Ermənistanda daha 113 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 2 386-ya yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ümumilikdə 35 nəfər ölüb. Bundan başqa, indiyədək 1 035 nəfər koronavirusdan sağalıb/Report.