Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxana ağır itki üz verib.
Mia.az xəbər veirr ki, Əvəz Temirxanın atası vəfat edib.
Bununla bağlı sosial şəbəkədə məlumat paylaşan Əvəz Temirxan ona başsağlığı verən hər kəsə təşəkkür edib:
"Atamın vəfatı ilə bağlı mənə, ailə üzvlərimə başsağlığı vermiş hamiya, bizim yaxın tanışımız olan və olmayan hər kəsə - əqidədaşlarıma, mübarizə yoldaşlarıma, sosial dostlarıma, camaatımızın təmsilçilərinə - DƏRİN TƏŞƏKKÜRMÜ bildiriəm.
Allah dünyasını dəyişmiş bütün əzizlərinizə və yaxınlarınıza rəhmət eləsin...".
Mia.az-ın kollektivi də Əvəz bəyə başsağlığı verir, kədərini bölüşdüyünü bildirir.
Allah rəhmət eləsin!