Avropa Liqasının qrup mərhələsi çərçivəsində öz meydanında "Zulte Varagem" klubu ilə qarşılaşan Rusiyanın "Rubin" komandası rəqibini 4:0 hesabı ilə məğlub edib.
Xatırladaq ki, start heyətində oyuna çıxan millimizin üzvü Ruslan Abışov 74 dəqiqə meydanda olub. Hesab 2:0 olduqdan sonra həmyerlimiz əvəzlənib.