Azərbaycanda olan 75 Gürcüstan vətəndaşının vətənə təxliyəsi təmin olunub.

Bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildirilib.

Gürcüstan vətəndaşlarının təxliyəsi Azərbaycanın aidiyyəti dövlət qurumları ilə razılaşdırılma əsasında quru yolla həyata keçirilib.

Qeyd edək ki, bundan öncə Azərbaycandan 35 Gürcüstan vətəndaşı vətənə qayıdıb/Report.