Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Kvemo Kartli bölgəsində koronavirusa yoluxanların sayı 157-yə çatıb.

Bu barədə bölgə qubernatoru Şota Rexviaşvili bildirib.

O deyib ki, bölgənin Tetritskaro rayonunda COVID-19 infeksiyasına 16, Bolnisidə isə yeni yoluxma halı təsdiqlənib.

Qubernator Marneuli rayonu və Rustavi şəhərində virusun yayılmasının müşahidə olunmadığını qeyd edib.