İranda daha 80 nəfər koronavirusun qurbanı olub.

Mia.az IRNA-ya istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 5 957 nəfər olduğunu deyib.

O bildirib ki, daha 1 073 nəfərdə koronavirus aşkarlanıb və bununla da infeksiya daşıyıcılarının sayı 93 657 nəfərə çatıb.

K.Cahanpur 73 791 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını söyləyib.