Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində daha 13 nəfərin koronavirusa yoluxması təsdiqlənib.

Bu barədə bölgə qubernatoru Şota Rexviaşvili bildirib.

Onun sözlərinə görə, halların 5-i Bolnisi, 7-si Tetritsakro, 1-i isə Marneuli rayonunda qeydə alınıb: “Bölgədə koronavirusa ümumi yoluxma sayı 137-yə çatıb. Karantində 240, özünütəcriddə isə 300-dən çox şəxs var”.

Report