Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Kvemo Kartli bölgəsində koronavirusa yoluxanların sayı 128-ə çatıb.

Bu barədə bölgə qubernatoru Şota Rexviaşvili bildirib.

O deyib ki, bölgə üzrə xəstəlikdən bu günədək 18 nəfər sağalıb.

Qubernator həmçinin qeyd edib ki, Kvemo Kartlinin Tetritskaro bələdiyyəsində COVID-19 infeksiyasına 19 yoluxma halı təsdiqlənib: “Halların 12-si Tetritskaro qəsəbəsində qeydə alınıb. Bu səbəbdən ötən gündən qəsəbəyə giriş-çıxış bağlanılıb”/Report.