Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzinin iki yeni xidmət - psixoloji dəstək və poliklinik xidmətlərlə bağlı dəstək xətləri istifadəyə verilib.
Agentlikdən Mia.az-a bildirilib ki, psixoloji dəstək xətti 3 istiqamətdə fəaliyyət göstərəcək.
Bunlar aşağıdakılardır:
- Tibbi heyət üçün psixoloji dəstək (COVID-19 xəstələri ilə çalışan tibbi heyət üçün onlayn psixoloji dəstəyin təmin edilməsi, krizis anında və ya tükənmişlik hiss etdiklərində onlayn qısa terapiya xidməti)
- İctimaiyyət üçün psixoloji dəstək
- Xəstələr üçün psixoloji dəstək