Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Bolnisi rayonunda daha beş nəfərdə koronavirus təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bununla da rayonda COVID-19 infeksiyasına yoluxanların sayı 60-a çatıb.

Həmin şəxslərin ikisi vəfat edib, digər ikisi isə sağalıb.