Gürcüstanın “JIBE” topdan satış şirkəti Marneulidəki fermerlərin bütün məhsullarını alacaq.

Bu barədə ölkənin Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Şirkətin üç yük maşını artıq rayona yola salınıb. Marneuli fermerlərindən xiyarın bir kiloqramı 1 lariyə alınacaq.

Nazirlikdən qeyd olunub ki, artıq ötən gün “JIBE” şirkəti Marneulidə 40 ton xiyar alıb.

Şirkətin Tbilisidə 2 500 ton tutumu olan soyuducu anbarı fəaliyyət göstərir.

Qeyd edək ki, ötən gün Marneulinin bir neçə kənd sakini etiraz aksiyası keçirib. Etirazçılar yetişdirdikləri kənd təsərrüfatı məhsullarının satışını təşkil etmək üçün ciddi karantin rejiminin dayandırılması və yolların açılmasını tələb ediblər/Report.