Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü 3-cü qrup əlil Seymur Abdullayev Prezident İlham Əliyevə müraciət edib.
Mia.az xəbər verir ki, o, cəmi 110 manat pensiya aldığını deyən Seymur Abdullayevin sözlərinə görə, o, "ASAN xidmət"in, Avropa oyunlarının könüllüləri siyahısında aktiv iştirak edib, kitab müəllifidir, şeir yazır. Lakin əlil kimi nə işi var, nə evi: "Torpaq sahəsi ayrılması üçün qeydiyyatda olduğum Kəpəz rayonunun müvafiq qurumlarına da müraciət etmişəm. Amma indiyə kimi cavabsız qalıb...".
Seymur Abdullayevin iş, torpaq sahəsinin ayrılması, o cümlədən digər problemləri ilə bağlı video-müraciətini təqdim edirik: