“Son beş gün ərzində Marneulidə koronavirusa yeni yoluxma halı təsdiqlənməyib”.
Bu barədə Marneulinin icra başçısı Zaur Darğallı bildirib.
Onun sözlərinə görə, dörd nəfərin koronavirusla bağlı testinin cavabı mənfi olub: “Həmin şəxslərin üçü Marneuli, biri isə Dmanisi rayon sakinidir”.
Qeyd edək ki, indiyədək Marneulidə COVID-19-a 15 nəfər yoluxub və onların 7-si sağalıb/Report.