Çempionlar Liqasının qrup mərhələsində II turun oyunlarına start verilib.
E qrupunda "Şalke" səfərdə "Bazel"in qonağı olub və minimal hesabıla qalib gəlib. "Çelsi" səfərdə "Styaua"nı darmadağın edib - 4:0. F qrupunun liderləri "Arsenal" və "Napoli" Londonda görüşüblər. İngiltərə təmsilçisinin üstünlüyü şəraitində keçən oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Digər oyunda "Borussiya" (Dortmund) klubu "Marsel"i qəbul edib və rəqib qapısından 3 cavabız qol keçirib.
G qrupunun "Zenit" (Rusiya) - "Avstriya" (Avstriya) matçı daha tez Bakı vaxtı ilə saat 21:00-da başlayıb və 0:0 hesabı ilə başa çatıb. "Land of fire Azerbaijan" formalı "Atletiko" (Madrid) klubu səfərdə "Porto" ilə üz-üzə gəlib. Madrid təmsilçisi qapısında erkən qol görsə də, daha sonar iki qol vuraraq rəqibinə qalib gəlib - 2:1. H qrupunda "Barselona" səfərdə "Seltik"lə qarşılaşıb və minimal hesabla qalib gəlib - 1:0. Digər matçda isə "Ayaks" doğma meydanda "Milan"la münasibətlərinə aydınlıq gətirib. Hollandiya klubu görüşü qalib başa vura biərdi, lakin oyun 90+4-cü dəqiqəsində "Milan" Mario Balotellinin qolu sayəsində məğlubiyyətdən aça bilb.
Qeyd edək ki, II turun qalan 8 görüşü bu axşam keçiriləcək.
"Atletiko" və "Barselona" qalib gəldi, "Milan" heç-heçə etdi
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11