Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Bolnisi rayonunda daha iki nəfərin koronavirusa yoluxması təsdiqlənib.

Bununla da rayonda COVID-19 infeksiyasına yoluxanların sayı 49-a çatıb.

Hazırda rayonda karantində 312, stasionar nəzarətdə isə 76 nəfər saxlanılır.

Qeyd edək ki, koronavirusun yayılmasının yüksək riski ilə bağlı olaraq Bolnisinin rayon mərkəzi və bir neçə kəndə giriş-çıxış bağlıdır/Report.