"Qalatasaray"ın yeni baş məşqçisi Roberto Mançini İstanbul klubu ilə müqavilə imzaladıqdan sonra ilk açıqlamasını verib.

İşə başlamaq üçün səbrsizləndiyi deyən italiyalı mütəxəssis "Cim-bom"u seçməsinin səbəbindən danışıb: "Qalatasaray" çox fərqli və çox böyük bir klubdur. Bu da seçimimdə əsas səbəblərdən oldu".

Çempionlar Liqasının qrup mərhələsində sabah "Yuventus"la qarşılaşcaqları matç barədə də danışan Mançini bildirib: "Yuventus" matçında komandanın başında olacam. İlk matçıma İtaliya klubu ilə çıxmaq gözəl təsadüfdür. Torinodakı qarşılaşmanın maraqlı olacağını düşünürəm".

Qeyd edək ki, 48 yaşlı baş məşqçi "Cim-bom"la 3 illik müqavilə imzalayıb