İtaliyada son sutkada daha 578 nəfər koronavirusun qurbanı olub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə pandemiyadan ölənlərin sayı 21 645-ə çatıb.

Bildirilib ki, koronavirusa yoluxanların sayı daha 2 667 nəfər artaraq 165 155-ə yüksəlib.