"Bugünkü vəziyyət göstərir ki, axşam saat 21:00-dan sonra hər hansı komendant saatı olması kimi hal yoxdur".
Mia.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, Daxili İşlər Nazirliyinin (DİN) bu tövsiyəsi kontekstdən çıxarılıb:
"Tövsiyə və qadağa tam başqa anlayışdır. Yoluxmanın sayının aşağı düşməsi məsələnin düzəlməsi deyil. Bu gün də deyilir ki, vacib işi olmayan evdə qalsın".