"Nə zaman dərs, tədris ili başlanacaq, bu, bilinmir".

Mia.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib.

O deyib ki, bu, müzakirələrin nəticəsindən, vəziyyətdən aslı olacaq: "Son müddətdə sağalmanın müsbət tendensiyası olsa da, hələ ümumu vəziyyətlə bağlı qeyri-müəyyənlik qalır. Hazırda təhsil müəssisələrində tədrisin bərpa olunması da müzakirə olunan məsələlərdəndir: Ancaq dərslərin nə vaxt bərpa olunacağını indidən demək mümkün deyil".

Mia.az