“Son 24 saat ərzində Marneulidə koronavirusa yeni yoluxma halı qeydə alınmayıb”.
Bunu Marneulinin icra başçısı Zaur Darğallı bildirib.
O deyib ki, bir neçə gün öncə rayonun Maradisi kəndində altı nəfərdə virus təsdiqlənib: “Koronavirusun aşkarlandığı şəxslər dərhal müəyyən olunub və onlar özünütəcrid rejimindədirlər. Maradisi kəndində sakinlərin termoskriniq metodu ilə hərarətinin ölçülməsi prosesi davam etdirilir”.
Z.Darğallı Marneulidə fövqəladə rejimin sakit davam etdiyini bildirib. O qeyd edib ki, rayona ərzaq məhsulları və medikamentlər heç bir gecikmə olmadan çatdırılır.
Qeyd edək ki, bu günə qədər Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində koronavirusa 32 yoluxma halı qeydə alınıb. Halların 14-ü Marneuli, 10-u Bolnisi, 8-i isə Rustavidə aşkarlanıb.