“Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 13-ü üçün nəzərdə tutulan cədvəli açıqalnıb.
Mia.az xəbər verir ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, eyni zamanda, “Təhsil” kanalının “Facebook” səhifəsindən və nazirliyin videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.