İbrahim İsgəndərli

***

Hazırda milli mənimizə zərər verən eqoları, ambisiyaları, düşmənçiliyi və təkəbbürü özümüzdən uzaq tutub, birləşmək vaxtıdır. Çünki insan övladının "yardım"ı nəticəsində, birbaşa yuxarıda sadaladığım xüsusiyyətlərin sayəsində əlində ölüm qılıncı olan pandemiya evimizin kandarında dayanıb, an gözləyir ......

Məhz buna fürsət vermədən nəyin bahasına olursa olsun bizlər bunu dəf edib, özümüzdən uzaqlaşdırmalıyıq ki, gələcəyə ayaqda addımlayaq, yoxsa.....

Tarixdən xatırlayıram ki, Amerkanın ağır vaxtlarında Ruzveltin prezident olduğu müddətdə onun xalqına başlıca xidmətləri, cəsarətli addımları (ilk növbədə Amerika xalqında sağlam həmrəylik atmosferası ,yeni əməli islahatlar, mane olanları hüquq baxımından zərəsizləşdirmək, insanlarda qalib gəlmək hisslərini oyatmaq) olmuşdur. Ruzvelt ictimai və sosial həyatın sağlamlığı naminə öz təkəbbürünü kənara qoyaraq, hətta quver təcrübəsinə belə məhəl qoymadan (təcrübəyə görə prezident heç kimi ziyarət edə bilməz) məsləhət üçün təqaüdə çıxmış hakim Xolmsun ayağına gedir.

Şərh vermədən tərəddüdsüz deyə bilərəm ki , bu cür hərəkətlərin nəticəsidir ki, Amerika xalqı öz möhtəşəmliyini saxlayıb. Ancaq ağırda olsa deməliyəm ki, bizdə bəzi varlıqlar var ki, istər ziyalısı istərsə də məmuru millətin, dövlətin yanında olmaq əvəzinə qurbağa ayağına təpitmə qoymaqla məşğuldurlar.

Buna baxmayaraq bizlər özümüzdə güc tapıb birləşməliyik. Bunu bizdən zaman tələb edir.Birləşək ki, gələcəyə birlikdə ayaqda gedək, birləşək ki, insani dəyərlər bizdən uzaq olmasın, birləşək ki, özümüz öz göbəyimizi kəsək, birləşək ki, hər kəs öz yerini bilmiş olsun, böyük- kiçik yeri aydın görünsün, öyüdlər dinlənilsin. Birləşək ki, 5-ci kalon bir dəfəlik yox olsun, birləşək ki, ən vacibi milləti millət edən torpaq bütövlüyümüz bərpa olunsun!

MİA.AZ