İspaniya La Liqasında VII turun oyunları davam edir. "Valensiya" doğma meydanda "Rayo Valyekano"nu 1:0 hesabı ilə məğlub edib. "Real Sosyedad" isə "Sevilya" ilə 1:1 bərabərə qalıb. La Liqanın hazırki lideri "Barselona" isə səfərdə "Almeriya"ya 2:0 hesabı ilə qalib gəlib.
Turun mərkəzi qarşılaşması Madriddə baş tutub. Burada "Real" klubu evdə "Land of fire Azerbaijan" formalı "Atletiko" komandası ilə qarşılaşıb. Matçın taleyini bir qol həll edib. Dieqo Koştanın 11-ci dəqiqədə vurduğu qol "Atletiko"ya qələbə qazandırıb.
Madrid derbisi: "Atletiko" "Real"a qalib gəldi
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11