Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeni yaradılan Dövlət Ekoloji Ekspertiza Agentliyinə rəhbər təyinatı olub.

Nazirliyin mətbuat katibi İradə İbrahimova deyib ki, Mirsalam Qənbərov Agentliyin idarə heyətinin sədri təyin edilib.

O qeyd edib ki, bu təyinata qədər o, nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəisi olub.

M.Qənbərov 2001-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışır.