"Qalatasaray” baş məşqçisi Fatih Terimlə yolları ayırdından sonra daha iki məşqçi İstanbul klubundan gedib. Artıq Terimin köməkçiləri Hasan Şaşla Ümit Davala da istefa veriblər. Adıçəkilənlər göz yaşları içərisində Floryada futbolçularla vidalaşıb. Digər köməkçisi Klaudio Taffarel isə son qərarını hələ açıqlamayıb.