Koronavirus (COVID-19) infeksiyasının dünyada pandemiya halını almasına görə, Bakı Ali Neft Məktəbinin (BANM) xaricdə oxuyan tələbələrinin zərurət yarandığı halda təxliyə edilməsinə qərar verilib.

BANM-dən Mia.az-a bildirilib ki, artıq Ali Məktəbin Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbələri Əli Nuraliyev, Xalidə Əhmədzadə və Elgün Yusifovun Norveçdən Bakıya gətirilməsi təmin edilib.

Bundan başqa, Kimya mühəndisliyi ixtisasının V kurs tələbələri Cavid Məcidov, Faiq Hacıbalayev və Fidan Quliyeva İtaliyadan təxliyə olunuraq ötən gün "Azərbaycan Hava Yolları" (AZAL) QSC-YƏ məxsus xüsusi reyslə Bakıya geri qaytarılıb. Kimya mühəndisliyi ixtisasının V kurs tələbələri Cavid Məmmədli, Nigar Cahangirova, Arzu Abdullayeva və Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbələri Aytac Xodayeva, Mirzəxan Əliyev də Fransadan təxliyə olunaraq Azərbaycana gətiriliblər.

Eyni zamanda, tələbələrin yüksək təhlükəsizlik şəraitində karantində saxlanılması təmin edilib. Onların hər birinin vəziyyəti qənətbəxşdir.