Daha sonra isə çox sayda fanat Fatih Terimin Tarabyadakı evinə doğru hərəkət edib. Təxminən 500 nəfərlik qrup "İmperator Fatih Terim" və digər şüarları səsləndiriblər, eyni zamanda klub prezidenti Ünal Aysalı istefaya səsləyiblər.
Daha sonra Fatih Terim evindən çıxaraq azarkeşlərin yanınya gəlib. Fanatları salamlayan "İmperator" onlardan halallıq istəyib və olduqca məyus görünüb. Azarkeşlərə "haqqınızı halal edin" deyən Terim daha sonra evinə qayıdıb.
Azarkeşlərin evin önünü tərk etməsindən sonra Terim polisin müşayəti ilə evdən ayrılıb. Lakin fanatlar yolda maşın karvanının qarşısını kəsərək "hocanı satanı biz də satarıq", "Ünal Aysal istefa", "Cim-Bom" xalqındır, litseyin deyil" qışqırıblar.
"Bəyaz TV"nin məlumatına görə, Terim azarkeşlərlə görüşəndə göz yaşlarını saxlaya bilməyərək ağlayıb. Bu "İmperator"un ictimaiyyət önündə ilk ağlamasıdı.