Türkiyədə koronavirusa yoluxanların sayı 5-ə çatıb.
Mia.az TRT-yə istinadla xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahreddin Koca açıqlayıb.
O bildrib ki, müvafiq müayinədən keçən daha 3 nəfərdə koronavirus aşkarlanıb.
Qeyd edək ki, koronavirusa görə Türkiyədə də dərslər bağıanıb, futbol oyunlarının azarkeşsiz keçirilməsi haqda qərar verilib.