Azərbaycan hökuməti ölkə vətəndaşlarını xarici ölkələrə səfər etməməyə çağırıb.
Nazirlər Kabinetinin yanında operativ qərargahdan Mia.az-a verilən məlumata görə, Azərbaycan Respublikası vətəndaşlarının yaxın iki ay müddətinə xüsusi zərurət olmadığı təqdirdə, xarici ölkələrə səfərlərdən çəkinmələri ciddi şəkildə tövsiyə olunub.