Qəbələdə oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Mia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini R.Hüseynovun içərisində 1 320 manat, 31 ABŞ dolları və 50 lirə olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Mustafayev saxlanılıb.