Bakıda "Qadına şiddətə son" şüarı ilə keçirilən aksiyanın fəallarından biri Aysel Ələkbərzadə özünü binadan atıb.
TƏBİB-dən Mia.az-a verilən məlumata görə, hadisə paytaxtın Yeni Yasamal ərazisində baş verib.
Məlumata görə, 1996-cı il təvəllüdlü A.Ələkbərzadə özünü binanın 3-cü mərtəbəsindən ataraq intihara cəhd edib: "Bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən qadının vəziyyəti ağır-stabildir. O, sol bud sümüyünün sınığı ilə əməliyyata hazırlanır".
Qeyd edək ki, Bakıda 8 mart günü feministlərin keçirdiyi qanunsuz aksiya zamanı A.Ələkbərzadə əlində tutduğu şüarla sosial şəbəkələrdə tənqid olunub.