Sabunçu rayon Bakıxanov qəsəbəsində Qaz idarəsinin yaxınlığında rabitə dirəyi aşıb.

Mia.az xəbər verir ki, bu barədə jurnalist Famil Fərhadoğlu məlumat verib.

Bildirib ki, qeyd etdiyi ərazidə - "Araz market"in yanında rabitə xətlərinin bərkidildiyi dirək yola aşıb: "Naqillər qaz borusunun üzərinə düşüb. Hər hansısa qəza baş vermədən sakinlər kömək gözləyir".