Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib.AFFA-dan verilən xəbər görə, İK Topaz Premyer Liqanın son turunda baş verənlərlə bağlı müvafiq qərarlar çıxarıb.
"Qarabağ” – "Simurq” matçında "Simurq”un 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimələnib. Oyunun 83-cü dəqiqəsində "Qarabağ”ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
Oyun 90+3-cü dəqiqəsində "Simurq” klubunun futbolçusu Draqan Çeran hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə edilib.
AZAL – "Xəzər Lənkəran” matçının 45+1-ci dəqiqəsində AZAL klubunun futbolçusu Oskar Klava sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Oyunun 72-ci dəqiqəsində AZAL klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.