Bu gün Lerik rayonunun Çayrud kəndində da torpaq sürüşməsi baş verib.
Mia.az xəbər verir ki, bu barədə Lerikdən olan jurnalist İlqam Cəbiyev məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində kənd sakini Arif Əlirzayevə məxsus ev dağılıb. A.Əlirzayev uçqun altında qalaraq ölüb.
Daha iki nəfər isə xəsarət alıb.