Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov vəzifəsindən azad edilib.

Bunu nazirliyin Mətbuat katibi İradə İbrahimova deyib. 

O bildirib ki, Ə.Qaralov yaşla əlaqədar təqaüdə göndərilib: “Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi vəzifəsinə təyinat yoxdur. Hazırda həmin vəzifəyə kadr təyinatı məsələsinə baxılır”.

Qeyd edək ki, Əziz Qaralov 1977-ci ildən geoloq kimi fəaliyyət göstərib/Report.