AMEA-nın prezidenti Ramiz Mehdiyev rəhbərlik etdiyi qurumda daha bir dəyişiklik edib.

Mia.az xəbər verir ki, Ramiz Mehdiyevin sərəncamı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova vəzifəsindən çıxarılıb.

Digər qərarla bu vəzifə müvəqqəti olaraq Leyla İmanovanın müavini Elnur Hüseynova tapşırılıb.