Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq 9 mart 2020-ci il tarixində keçirilməsi nəzərdə tutulan Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbin V sinfinə qəbul imtahanı təxirə salınıb.

Bu barədə Dövlət İmtahan Mərkəzindən Mia.az-a verilən məlumata görə, imtahanın vaxtı imtahanın keçiriləcəyi tarixdən 1 həftə öncə elan olunacaq.