"Azərbaycan məktəblərində rus bölməsi üzrə 11 ibtidai sinif müəlliminə ehtiyac var".
Bunu Təhsil Nazirliyinin Yerli təhsili idarəetmə orqanlarının işinin əlaqələndirilməsi sektorunun məsləhətçisi Elçin Kərimov bugünkü mətbuat konfransında deyib.
O bildirib ki, müəllim ehtiyacı əsasən Abşeron və Saatlı rayonlarında üstünlük təşkil edir.
Nazirlik rəsmisi vurğulayıb ki, həmin yerlər yerli təhsil idarəetmə orqanları tərəfindən vakant yer kimi təqdim edilib: "Hesab edirik ki, müəllimlərin işə qəbulu müsabiqəsində həmin vakant yerlər dolacaq".
Report