Türkiyə Superliqasında dünən axşam şok hadisələr yaşanıb.

Mia.az xəbər verir ki, İstanul derbisində "Beşiktaş" "Qalatasray"ı qəbul edib. Hesabı ev sahibləri açıblar. İkinci hissədə isə Terimin "əsgər"ləri toparlanıb vı Droqbanın 59 və 73-cü dəqiqələrdə vurduğu qolla önə keçiblər. 

Lakin oyunun əsas vaxtına - 90-cı dəqiqəyə əlavə olunmuş 3-cü dəqiqənin son saniyələrində "Qalatasaray"ın futbolçusu Felipe Melo qırmızı vərəqə alaraq meydandan qovularkən "Beşiktaş"lı yüzlərlə azarkeş stadiona daxil olub və ara qarışıb. Bunu görən baş hakim Fırat Aydınus görüşü yarımçıq saxlamalı olub.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün TFF oyunla bağlı sərt qərarını elan edəcək. Ev sahiblərinə 3-0 texniki məğlubiyyət, sahələrinin qapadılması və pul cəzası veriləcəyi gözlənilir.