Bu gün Azərbaycanda zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Mia.az-a verilən məlumata görə, saat 4:43-də Qobustan stansiyasından 35 km cənub-qərbdə, Şamaxı rayonunda zəlzələ olub.
Yeraltı təkanlar 3,3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 1 kilometr dərinlikdə yerləşib.Zəlzələ hiss olunmayıb.