Bu gün  Topaz Premyer Liqada 7-ci turun növbəti oyunlarına start verilib.

 Mia.az xəbər verir ki, günün ilk oyununda "İnter" - "Bakı"nı qəbul edib.  "Şəfa" stadionunda keçirilən paytaxt derbisində qalib müəyyənləşməyib - 2:2.

Bakının "Neftçi" komanadası isə "Sumqayıt"ı qəbul edib. UEFA prezidenti Mişel Platini ilə Rövnəq Abdullayevin canlı izlədiyi oyunda da qalib olmayıb. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb – 0:0.

 Günün son qarşılaşmasında  isə "Qarabağ" "Simurq"u qonaq edib. Bu oyun da qolsuz bərabərliklə bitib - 0:0.

 Tura sabah keçiriləcək AZAL - "Xəzər Lənkəran" oyunu ilə yekun vurulacaq.