Bakıda səfərdə olan UEFA prezidenti Mişel Platini Topaz Premyer Liqasının oyununu izləməyə də vaxt ayırıb. 

Məlumata görə, Platini AFFA prezidenti Rövnəq Abdullayevlə birgə 7-ci tur çərçivəsində hazırda davam edən "Neftçi" - "Sumqayıt" matçını stadiondan canlı izləyir. 

Qeyd edək ki, saat 19:00-da başlayan görüşdə hələlik hesab açılmayıb - 0:0.