123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd, hüquqşünas Əziz Qənbərovun şikayəti MSK-da icraata götürülüb.
Mia.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki hesabında məlumat verib.
Bildirib ki, bu gün Mərkəzi Seçki Komissiyasından ona zəng etdilər: "Dedilər ki, şikayətin icraata götürülüb. Təqdim etdiyin video disklərə baxış keçiriləcək və Sənin iştirakınla araşdırılacaq".
Əziz Qənbərov bildirib ki, 120 saylı Dairə Seçki Komissiyasının qərarını da alıb: "4 günə 4-cə cümlə yazıblar. 70 minlik xalqın taleyinin bu şəxslərə həvalə edilməsi çox acınacaqlıdır".
Onu da qeyd edək ki, Əzzi Qənbərov dairədəki pozuntularla bağlı Baş Prokurorluğa da şikayət edib.
Xatırladaq ki, MSK-nın açıqladığı ilkin nəticəyə görə, bu dairədən rayonun icra başçısı Aqil Məmmədov liderdir.
Mia.az