Gürcüstanın Marneuli rayonunun mərkəzində 17 yaşlı azərbaycanlı qız qaçırılıb.
“Report”un yerli bürosu xəbər verir ki, hadisə qızın sinif yoldaşları ilə birgə hazırlıqdan qayıtdığı zaman baş verib.
Şahidlərin bildirdiyinə görə, bir neçə oğlan qızı zorla maşına mindirərək hadisə yerindən uzaqlaşıb.
Polis faktla bağlı araşdırmaya başlayıb.