MSK sədri Məzahir Pənahov bugünkü iclasda narazı namizədlərlə bağlı da danışıb.
Mia.az xəbər verir ki, o, qələbə qazanmayan namizədin narazı qalmasını təbii sayıb: “Burada heç bir təəccüblü məsələ yoxdur. O, narazı olmasa, təəccüblü olar”.
MSK sədri məntəqələrdəki çəkilişlərə də toxunub.
Deyb ki, məntəqələrdə çəkilişin aparılıb-aparılmaması MSK-nın səlahiyyətində deyil: "Müşahidəçinin məntəqələrdə qeyd etmək hüququ var. "Məntəqələrdə çəkiliş niyə olmasın ki?"Bu, harada yazılıb ki?".
O bildirib ki, insanlar yerlərdə müşahidə etdiyi məlumatları sosial şəbəkələrə yerləşdirirlər: “Biz bunu edənlərə minnətdarlığımızı bildiririk. Çünki onların yerləşdirdikləri videolarla bağlı araşdırmalar aparırıq. Ancaq bundan da sui-istifadə edənlər var".